108 gündür hava limanında məcburən yaşayan şəxs - VİDEO
Yəqin bir çoxumuz Tom Henksin baş rolda çəkildiyi “The Terminal” filmini izləyib.
Bu filmdə müharibəyə görə evinə qayıda bilməyən kişi illərlə hava limanında qalmalı olub. Hassan Al-Kontar adlı suriyalının başına buna oxşar bir iş gəlib.
Minval.İnfo xəbər verir ki, Hassan 108 gündür Kuala Limpur hava limanında yaşayır.
Onun sözlərinə görə, problem 2011-ci ildə Suriyada müharibənin başlaması ilə yaranıb. Səudiyyə Ərəbistanında işləyən Hassan ölkəsi tərəfindən çağırılır, lakin o, müharibəyə getmək istəmir. Səudiyyə höküməti onu Suriyaya göndərməyə çalışır, amma Hassan buna etiraz edir, Malaziyaya göndərilir və burada ilişib qalır. Hazırda Hassanın pulu da qalmayıb, Malaziya höküməti onu hava limanında yeməklə təmin edib. Hasan isə buradakı həyatını gündəlik sosial mediada paylaşır.
Hassanın tək istəyi var, o da yaşaya biləcəyi bir ölkəyə göndərilmək. Bunun üçün onun adına petitsiya yaradılıb. Petitsiyada Kanada hökümətinə onu qəbul etməsi xahiş edilir. Artıq 11 min nəfər bu petitsiyanı imzalayıb.
Tamerlan
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə 23 sərnişinin xəsarət aldığı qorxulu qəza: ANBAAN VİDEO
Bakıda qəza: BMW bir neçə dəfə çevrildi - VİDEO
Bakı sakini tullantılardan neft istehsal edir — VİDEO
Azərbaycanlı gənc ABŞ-da Vladimir Pozneri susdurdu - VİDEO
Xırdalan-Bakı avtobusunda biabırçı mənzərə - VİDEO
Bakıda aptekdə oğurluq edən şəxs kameralara belə düşdü - FOTO - VİDEO