1000 mağaza, 200 milyon manat… – “Diqlas”dakı yanğının dəhşətli sonu
Minval.info // Bu gün Bakıda yanan “Diqlas” Ticarət Mərkəzində 1000-ə yaxın sahibkara zərər dəyib.
Bu barədə Bakupost.az-a danışan bazarda ticarətlə məşğul olan şəxslərdən biri deyib ki, yanğın nəticəsində 1000-ə yaxın dükan tamam yararsız hala düşüb və dükanlardakı bütün mallar külə donub: “Yanğın səhər erkən saatlarda başladığı üçün sahibkarların əksəriyyəti işə gəlməmişdi. Gələnlər də mallarını çıxara bilmədi. Ticarət Mərkəzindəki dükkanların hamısında malların demək olar ki, hamısı yanıb külə dönüb, heç kim malını çıxara bilməyib”.
Sahibkar bildirir ki, TM-də dükanların kvadratmetrinin qiyməti 200 manatdan başlayır. Ticarət mərkəzinin sahibləri isə dükan sahiblərinin mallarını sığortalamayıb.
Əldə etdiyimiz məlumata görə, yanğın nəticəsində sahibkarlara dəyən ziyanın miqdarı təxminən 200 milyon manata yaxındır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çimərliyə gedənlərin nəzərinə
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"
Gələn ildən sürücülük vəsiqəsi üçün imtahanları DİM keçirəcək? - RƏSMİ