1,3 milyon manata yaxın cərimə cəzası dövlət büdcəsinə köçürülüb
2020-ci ildə Azərbaycanda məhkəmələrin pandemiya ilə əlaqədar məhdudiyyətlə fəaliyyətinə baxmayaraq, yerli probasiya qurumlarında 9 min 576 məhkum qeydiyyata alınıb.
Trend-in məlumatına görə, bunu Ədliyyə Nazirliyində keçirilən mətbuat konfransında nazirliyin Probasiya xidmətinin rəis müavini Musa Hümbətov bildirib.
Onun sözlərinə görə, il ərzində eyni zamanda müxtəlif hüquqi əsasla 10 min 453 məhkum qeydiyyatdan çıxarılıb:
“Hesabat dövrü ərzində cərimə cəzasının icrası ilə bağlı 1,3 milyon manata yaxın vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin edilib. Bu da ödənilən məbləğin 59 faizindən çoxunu təşkil edir. Hesabat dövründə 155 min 131 saat ictimai işlərin həyata keçirilməsi təmin edilib”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda əhalinin gəlirləri 15 % artıb
Maaşa əlavələri necə almaq olar? - Açıqlama
Sabah Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqlayacaq
Türkiyəyə ianələrlə bağlı Azərbaycan banklarından QƏRAR
Bank kartlarından da vergi tutulacaq? - İZAH
Azərbaycanda mobil telefonlar kəskin bahalaşacaq -YENİ TƏLƏB