13.10.2018 - 22:09
Dünya 18 baxış

Sürgündə olan şahzadədən şok sözlər: “Qaşıqçıya görə kral ailəsinin 5 üzvü yoxa çıxdı”

Səudiyyə Ərəbistanının sürgündə olan şahzadəsi Xalid bin Fərhan əl-Səud krallığın İstanbuldakı konsulluğunda yoxa çıxan jurnalist Camal Qaşıqçıya görə rəsmi Ər-Riyadı ittiham edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hazırda Almaniyada yaşayan şahzadə Camal Qaşıqçının itkin düşməsindən sonra Səudiyyə Ərəbistanı hökumətini tənqid edən kral ailəsinin ən azı beş üzvünün yoxa çıxdığını bildirib.

Xalid bin Fərhan hökumətin müxalifləri susdurmaq üçün bu üsuldan istifadə etdiyini və 10 gün əvvəl özünün də krallığın Qahirədəki səfirliyinə çağırıldığını qeyd edib: “Bu günə qədər Səudiyyəli rəsmilər məni 30 dəfədən çox Səudiyyə Ərəbistanı səfirliyinə çağırıblar, amma hər dəfə getməkdən imtina eləmişəm.

Səfirliyə gedəcəyim təqdirdə nə olacağını bilirəm. Camalın itkin düşməsindən təxminən 10 gün qabaq Qahirədəki səfirliyə getməyim üçün ailəmə böyük məbləğdə qəbz və milyonlarla dollar təklif edilib”.

41 yaşlı şahzadə hazırda itkin düşən beş nəfər haqqında heç bir məlumatının olmadığını deyib.

Minval.İnfo

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: