"Qalatasaray"ın 21-ci çempionluğu Bakıda belə qeyd edildi - FOTOLAR, VİDEO
Türkiyə Super Liqasında 2017/2018 mövsümü başa çatıb.
Minval.İnfo xəbər verir ki, çempion son turda müəyyənləşib. Son turda lider “Qalatasaray”a “Göztəpə” ilə səfər matçında heç-heçə də bəs edirdi. “Başakşəhər”lə “Fənərbaxça” isə öz oyunlarını qələbə ilə başa vurub, Fatih Terimin komandasının məğlubiyyətini arzulayırdı. Lakin 66-cı dəqiqədə Bafetimbi Qomisin penaltidən vurduğu qol “sarı-qırmızılar”ı mövsümün çempionu edib.
“Qalatasaray” Türkiyənin ən nüfuzlu klubudur və bu komandanın Azərbaycanda da yetərincə azarkeşi var. Liqanın son matçında 200-dən çox azarkeş bir araya gəlib, matçı eyni məkanda izləyib. Onlar günlər öncədən çempionluğu qeyd etmək üçün hazırlaşıblar.
ƏLAQƏLİ
Selena Qomezdən yaxtada ROMANTİK TƏTİL – Makiyajsız görünüşü diqqət çəkdi
“UltrAslan Azərbaycan”, facebookda minlərlə Cimbom sevdalısını bir araya toplayan “Galatasaraylılar” qrupu və digər azarkeşlər matç boyunca komandalarına dəstək verib, sonda Türkiyə səfirliyi önündə, Atatürk heykəlinin qarşısında toplaşıb, çempionluğu qeyd ediblər.
Həmin görüntüləri sizlərə təqdim edirik:
https://www.youtube.com/watch?v=JYpLS2KU-M8
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Selena Qomezdən yaxtada ROMANTİK TƏTİL – Makiyajsız görünüşü diqqət çəkdi
Meksikada “Z nəsli”etirazları böyüyür
Leyla Əliyeva 2 oğlu şəhid olan ananı ziyarət etdi - FOTOLAR
“Görünməyənin ardında” adlı fərdi foto sərgi açılacaq
Miri Yusifdən konsert öncəsi yeni – Fotolar
Nura bu dəfə kənd qızı oldu - FOTOLAR-VİDEO
İş başında ölən zavod işçilərinin FOTOSU

















