"Qalatasaray" 4 futbolçu üçün hərəkətə keçdi - ADLAR
Transfer pəncərəsinin bitməsinə 2 gün qalmış “Qalatasaray”da qızğın saatlar yaşanır.
Rəhbərlikdən hücumçu alınmasını tələb edən Fatih Terimin siyahısında İngiltərə Premiyer liqasında tər tökən tanınmış oyunçular var.
Minval.İnfo xəbər verir ki, Bafetimbi Qomisin ayrılığından sonra, onun boşluğunu Antoni Modesteylə doldurmaq istəyən “Qalatasaray”, son anda bu transferdən imtina etdi. Beinsport.com-a görə Fatih Terimin siyahısının ilk sırasında “Everton”un hücumçusu Omar Nias olduğu bildirilib. “Everton”la 2020-ci ilə qədər müqaviləsi olan seneqallı hücumçu bundan qabaq da, “Qalatasaray” və digər türk klublarının gündəminə gəlib.
Fatih Terimin siyahısında Premiyer Liqa klubu olan “Vatford”da forma geyinən Stefano Okaka və “Stok Siti”nin hücumçusu Mame Braym Dioyf da var.
Futbolarena.com-un verdiyi xəbərə görə, son günlərdə “Qalatasaray”la adı hallanan Aleksandro Pato transferi “Qalatasaray” rəhbərliyi tərəfindən yalanlanıb. Rəhbərlik 28 yaşlı oyunçuyla maraqlanmadığını bildirib.
Sabah.com.tr-nin verdiyi xəbərə görə, “Qalatasaray” “Monako”da forma geyinən Radamel Falkaonu da kirayə edib heyətinə qatmaq istəyir. Kolumbiyalı hücumçu daha əvvəl “Fənərbağça”nın da gündəminə gəlib.
Vüqar Mirzəbəy
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ernest Poku "Beşiktaş"ın yeni hücumçusu oldu
Avtobus dayanacağı müvəqqəti olaraq dəyişdirildi
Maradonanın "Tanrının əli" topu 3,35 milyona satıldı
Fabinyo Trabzonsporda: Yeni macəraya start verir
Turan Tovuz və Neftçi evdə qələbə axtarır
Hacı Kərimov dünya çempionatında finalda!
Xətaidə uşaqlar stadion əvəzinə avtodayanacaqda oynayır