"Qalatasaray" 2 futbolçunu göndərir - Terim açıqladı (VİDEO)
“Qalatasaray” futbolçuları Sərdar Aziz və Eren Derdiyokla yollarını ayırır.
“Minval.info”nun xəbərinə görə, bu barədə İstanbul təmsilçisinin baş məşqçisi Fatih Terim klubun rəsmi “İnstagram” səhifəsinə açıqlamasında məlumat verib. 65 yaşlı çalışdırıcı hər iki futbolçunun komandaya uyğun olmadığını deyib:
“Sərdarı da, Ereni də çox istəyirəm və onların karyeralarına, istedadlarına hörmət edirəm. Ancaq bundan sonra bərabər çalışmağımız mümkün olmayacaq. Bizə uyğun futbolçular olmadıqlarını düşünürəm. Bu, bir günlük, bir oyunluq mövzu deyil. Mövsümün qalan hissəsində bizimlə olmayacaqlar. Yolları açıq olsun”.

Qeyd edək ki. 2016-cı ildən “sarı-qırmızılı” klubda çıxış edən 30 yaşlı hücumçu bu mövsüm meydana çıxdığı 18 matçda 10 qol vurub. S. Aziz isə 15 oyunda forma geyinib və 2 dəfə fərqlənib.
“Minval.info”
https://www.dailymotion.com/video/x6zzf8w
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək
13 yaşlı azarkeş beş il stadionlara buraxılmayacaq
"Sabah" - "Slaviya" oyununu avstriyalı hakim idarə edəcək