Zibillikdə “toy” fotosessiyası - Fotolar
Rusiyanın Ryazan şəhərindən olan fəallar Turlatov kəndi yaxınlığında yerləşən zibil poliqonunda “toy” fotosessiyası təşkil ediblər.
“Qafqazinfo” xəbər verir ki, buna səbəb qalmaqallı poliqonla bağlı problemin illərdir həll edilməməsidir.
Belə ki, nə məhkəmələrin qərarı, nə də yerli sakinlərin məmurlara və hüquq-mühafizə orqanlarına müraciəti artıq uzun zamandır problemin həlli ilə nəticələnməyib. Bu səbəbdən fəallar problemə fəqli rakursdan yanaşıblar.
Aksiyanın təşkilatçısı İrina Peçorinanın sözlərinə görə, qalmaqallı poliqonda əleyhqazda çəkilən fotosessiya hökumətin problemə diqqətini çəkmək üçün cəhddir. O qeyd edib ki, əleyhqaz olmadan həmin ərazidə uzun müddət qalmaq olmur. Belə poliqonların sayı minlərlədir.




Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Meksikada “Z nəsli”etirazları böyüyür
Leyla Əliyeva 2 oğlu şəhid olan ananı ziyarət etdi - FOTOLAR
“Görünməyənin ardında” adlı fərdi foto sərgi açılacaq
Miri Yusifdən konsert öncəsi yeni – Fotolar
Nura bu dəfə kənd qızı oldu - FOTOLAR-VİDEO
İş başında ölən zavod işçilərinin FOTOSU
Renkadan yeni FOTOLAR