Zelenskinin qazancı açıqlandı
2024-cü ildə Ukrayna Prezidenti Vladimir Zelenski və ailəsi 15,2 milyon qrivna (təxminən 361 min dollar) qazanıb.
Bu barədə Ukrayna Prezident Ofisinin Mətbuat xidməti məlumat yayıb.
“Xüsusilə, daxili dövlət kreditlərinin istiqrazlarının qaytarılması Zelenski ailəsinə 8 milyon 585 min qrivna qazandırıb. Həmçinin ailə Vladimir Zelenskinin prezident maaşı, bank faizləri və daşınmaz əmlakının icarəyə verilməsindən daha 6 milyon 700 min qrivna gəlir əldə edib. Ukrayna prezidentinin ailəsinin gəlirlərinin əvvəlki illə müqayisədə artması icarə ödənişlərinin tam məbləğdə bərpası ilə bağlı olub. 2024-cü ilin sonunda dövlət başçısının ailəsinin balansı ciddi dəyişməyib”, – məlumatda qeyd olunub.axar.az
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır