Zelenski Rusiyaya xəbərdarlıq edib
Mariupol şəhərində Rusiya tərəfindən məhkəmə baş tutsa, danışıqlar aparılmayacaq.
“Report” “RBC-Ukraina”ya istinadən xəbər verir ki, belə bir xəbərdarlıqla Ukrayna Prezidenti Volodimir Zelenski son videomüraciətində çıxış edib.
Dövlət başçısı vurğulayıb ki, indi mediada Rusiyanın işğal olunmuş Mariupolda əsir düşmüş ukraynalı əsgərlərin məhkəməsini təşkil etmək istəməsi barədə getdikcə daha çox məlumat yayılır.
Dövlət başçısı qeyd edib ki, düşmənin planları nə olursa-olsun, Ukraynanın reaksiyası tamamilə başa düşüləndir.
“Əgər həmin iyrənc məhkəmə baş tutsa, xalqımız bütün razılaşmalara, bütün beynəlxalq qaydalara zidd olaraq bu mənzərəyə sürüklənsə, bu, istehza olacaq. Bu, heç bir danışığınn mümkün olmadığı xətt olacaq”, – Zelenski vurğulayıb.
Prezidentin sözlərinə görə, Rusiya özünü danışıqlardan uzaqlaşdıracaq. O vurğulayıb ki, “daha danışıqlar olmayacaq, Ukrayna dövləti hər şeyi deyib”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır