Zelenski: “Putin Avropanı qorxutmaq üçün məqsədli kampaniya başladıb”
Ukrayna Prezidenti Zelenski “Bloomberg”ə müsahibəsində bildirib ki, Rusiya Prezidenti Vladimir Putin son aylarda Avropanı psixoloji təzyiq altında saxlamaq üçün məqsədyönlü qorxutma kampaniyasına start verib.
Musavat.com xəbər verir ki, Zelenskiyə görə, NATO hava məkanına PUA-ların və hərbi təyyarələrin son müdaxilələri bunun açıq sübutudur. Bu addımlar nəticəsində bəzi Avropa ölkələrinin liderləri Ukraynaya əlavə Hava Hücumundan Müdafiə sistemləri göndərməkdə tərəddüd etməyə başlayıb.
Prezidentin sözlərinə görə, Putin məhz bunu hədəfləyirdi:
“Düşünürəm ki, o, onları qorxutdu. Bu, onun məqsədi idi və buna nail oldu. Bu, psixoloji qorxutma idi, buna heç bir şübhə yoxdur,” — deyə Zelenski vurğulayıb.
Ekspertlər hesab edirlər ki, Kreml Avropadakı siyasi zəiflikləri maksimum dərəcədə istifadə etməyə çalışır.
Musavat.com
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır