Zaqatalada daşlı dava: Şəxsi mübahisə xəstəxanada bitdi
Zaqatalada 31 yaşlı bir kişiyə xəsarət yetirən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Minval.info xəbər verir ki, hadisə rayonun Aşağı Tala kəndində baş verib. 42 yaşlı Elgün Qardaşov və 31 yaşlı Əhməd Əhmədov arasında şəxsi münasibətlər zəminində yaranan mübahisə davaya çevrilib.
Dava zamanı Elgün Qardaşov, Əhməd Əhmədovun başının arxa hissəsinə daşla zərbə endirib. Nəticədə, Əhməd Əhmədov Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusunun İkinci Təcili Tibbi Yardım şöbəsinə yerləşdirilib.
Polis əməkdaşlarının operativ tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Elgün Qardaşov saxlanılıb və Zaqatala Rayon Polis Şöbəsində hadisə ilə bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kefirin zərərləri: hər kəs üçün uyğun deyilmiş
Arıqlama iynələri dırnaqların qopması riskini artıra bilər
Gənc nəsildə xərçəng halları artacaq
Köhnəlmiş çörək xərçəng riskini artıra bilər
Bu halda isti vanna qəbul etmək olmaz
Kardioloqdan alkoqol istifadəsi ilə bağlı diqqətçəkən xəbərdarlıq
Damar tıxanmasının təhlükələri: Kardioloqdan ciddi xəbərdarlıq