Zaqatala sakini Balakənə keçmək istəyərkən çayda boğuldu

Zaqatala sakini Katex çayında boğulub.
Məlumata görə, hadisə bu gün səhər saatlarında rayonun Mazıx kənd inzibati ərazisində baş verib.
Belə ki, 1968-ci il təvəllüdlü Zaqatala rayonu Qəbizdərə kənd sakini Abdulbari Müslüm oğlu Abdulxalıqov ərazidən axan Katex çayını keçməklə Balakən rayonunun Katex kəndi ərazisinə getmək istəyib.
Bu zaman Abdulbari Abdulxalıqov suda boğularaq ölüb.
Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, sentyabrın 22-si axşam saatlarından bölgədə qeyri-sabit hava şəraiti hökm sürüb, Balakən və Zaqatala rayonlarına leysan yağıb. Katex çayında suyun səviyyəsi çoxalıb, çayda gecə saatlarında qısamüddətli sel keçib.
Mənbə: APA
ƏLAQƏLİ
Uşaqların hüquqlarının müdafiəsi üçün qanunvericilikdə yeniliklər edilir
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəblərdə geyim qaydaları ilə bağlı QHT bəyanat yayımladı
Azərbaycanlıların əcnəbilərlə nikahları niyə tez pozulur?
Uşaqların hüquqlarının müdafiəsi üçün qanunvericilikdə yeniliklər edilir
Bakının Nübar qəsəbəsində yolların vəziyyəti taksilərin girişinə mane olur
Etibarnamə ilə avtomobil idarə etmək köhnəlmiş tətbiqdir
Türk ölkələrində məktəblərdə hicab qadağası mövcuddur