Zakir Fərəcov Sumqayıtda sakinlərlə səyyar görüş keçirdi
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərin 2-ci mikrorayonunda sakinlərlə növbəti səyyar qəbul-görüş keçirib. Bu görüşdə şəhərin müxtəlif qurumlarının rəhbərləri, eləcə də aidiyyəti təşkilatların nümayəndələri iştirak ediblər.
Minval.info xəbər verir ki, görüş zamanı sakinlər müxtəlif məsələlərlə bağlı müraciətlərini səsləndiriblər. Abadlıq və infrastruktur, məşğulluq və sosial məsələlər kimi mövzular əsas müzakirə predmeti olub.
Zakir Fərəcov sakinlərin müraciətlərini fərdi qaydada dinləyərək, qaldırılan məsələlərlə bağlı müvafiq tapşırıqlar verib. Yerində həlli mümkün olan məsələlərlə bağlı dərhal tədbirlər görülüb, daha geniş araşdırma tələb edən müraciətlər isə nəzarətə götürülüb.
ƏLAQƏLİ
Bakıda sərnişinlərdən narazılıq: bu avtobusda hər həftə problem yaşanır
Görüşdə şəhərdə həyata keçirilən abadlıq və quruculuq işləri, kommunal xidmətlərin keyfiyyətinin artırılması istiqamətində aparılan tədbirlər barədə də müzakirələr aparılıb. Sakinlərin həyat şəraitinin yaxşılaşdırılması və mövcud problemlərin mərhələli şəkildə həlli üçün tədbirlərin davam etdirildiyi bildirilib.
Bu kimi səyyar görüşlər vasitəsilə vətəndaşlarla birbaşa ünsiyyət qurulması, müraciətlərin daha çevik araşdırılması və aidiyyəti qurumlarla birgə həlli yollarının müəyyənləşdirilməsi məqsədi daşıyır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda sərnişinlərdən narazılıq: bu avtobusda hər həftə problem yaşanır
Ağamirzə Məmmədov yas mərasimləri ilə bağlı vəsiyyətini açıqladı
Siqaret çəkənlər üçün yeni cərimələr təyin edilib
Qənirə Paşayeva ilə bağlı bacısından duyğusal paylaşım
Anım Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərildi
Şəhid Rasim Məmmədovun anası: “Oğlum yeddi oğula bərabər idi”
Dini konfessiya rəhbərləri Zəfər parkını ziyarət etdilər