29.08.2026 - 14:01
Dünya 28 baxış

Yuxunun beyin sağlamlığına təsiri açıqlandı

Yaddaş, diqqət və yeni biliklərin öyrənilməsi qabiliyyəti birbaşa yuxunun keyfiyyətindən asılıdır. Rusiyalı somnoloq və terapevt Karina Aqibalova, keyfiyyətli gecə yuxusunun beyin sağlamlığı üçün niyə vacib olduğunu izah edib. O bildirib ki, yuxunun əsas funksiyalarından biri gün ərzində əldə edilən məlumatların yaddaşa həkk olunmasıdır. Yuxu zamanı beyin məlumatları qısamüddətli yaddaşdan uzunmüddətli yaddaşa keçirir. Dərin və ya REM yuxu fazalarının kifayət qədər olmaması bu prosesi poza bilər.

Minval.info xəbər verir ki, Karina Aqibalova qeyd edib ki, yuxusuz gecədən sonra yeni bilikləri mənimsəmək daha çətin olur. Dərin yuxu fazasının azalması halında keçmiş hadisələrlə bağlı uzunmüddətli yaddaş da zərər görə bilər. Bundan əlavə, gecə saatlarında enerji ehtiyatları bərpa olunur, immun və sinir sistemlərinin, əzələlərin və orqanizmin digər toxumalarının fəaliyyəti dəstəklənir, hormonal balans və maddələr mübadiləsi tənzimlənir.

Həkim vurğulayıb ki, yuxusuzluq zamanı diqqət və iş qabiliyyəti əhəmiyyətli dərəcədə azala bilər. Buna görə də, gecə 7-9 saat yatmaq və mümkün qədər saat 22:00-23:00 arasında yatmağa getmək tövsiyə olunur.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: