Yunanıstanın daxili işlərinə qarışdığı iddiası ilə 4 rus diplomat bu ölkədən qovulub.

Minval.İnfo Qafqazinfo.az-a istinadən xəbər verir ki, bu səbəblə Rusiya Xarici İşlər naziri Sergey Lavrov Yunanıstana edəcəyi səfəri ləğv edib.

Həmçinin, Rusiya prezidenti Vladimir Putin bu addıma sərt cavab veriləcəyini bildirib.

Rusiya XİN-in sözcüsü Mariya Zaxarova isə Yunanıstana bəzi qərb dövlətləri tərəfindən təzyiq edildiyini və “çirkli oyuna” çəkildiyini söyləyib.