03.10.2026 - 18:48
Yunan balıqçılar Selanik Limanı'nı bağladı: Dəstək tələb edirlər
Dünya 2 baxış

Yunan balıqçılar Selanik Limanı'nı bağladı: Dəstək tələb edirlər

Yunanıstanda onlarca balıqçı qayığı Selanik Limanı’nın girişinə toplaşıb. Balıqçılar, əllərində məşəllərlə və korna çalaraq sektorda yaşanan problemlərə diqqət çəkmək üçün limanın girişini müvəqqəti bağlayıblar.

Minval.info xəbər verir ki, balıqçıların sözçüsü Dimitris Çipuras, hökumətin problemlərinə həll tapana qədər etirazlarının gələcək günlərdə də davam edəcəyini bildirib. Balıqçılar, yanacaq qiymətlərinin artması səbəbindən dövlət dəstəyi tələb edirlər.

Balıqçılar, həmçinin, yunusların sayının artması nəticəsində torlarında və digər avadanlıqlarında yaranan zərərlərə və planktonların balıqçılığa verdiyi ziyana diqqət çəkərək dəstək istəyirlər.

Ötən gün də artan yanacaq xərcləri və sektorda yaşanan iqtisadi problemlər səbəbindən balıqçılar iş buraxma aksiyası keçiriblər. Bu çərçivədə, Afina yaxınlığındakı Keratsini Balıq Halında da onlarca balıqçı işlətmədikləri qayıqlarının önündə toplaşaraq sektorun yaşadığı problemləri gündəmə gətirmişdi.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: