Yollarda hərəkətə nəzarət gücləndiriləcək

Yeni dərs ilinin başlaması ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində “Diqqət, uşaqlar!” adı altında təhlükəsizlik aylığı keçirəcək.
Qurumdan Minval.info-ya verilən məlumata görə, Daxili İşlər Nazirliyinin müvafiq göstərişinə əsasən, sentyabr ayının 20-dən oktyabr ayının 20-dək ölkə ərazisində “Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığı keçiriləcək.
Tədbir çərçivəsində uşaq və yeniyetmələrin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində nəzarət-profilaktiki tədbirlərin gücləndirilməsi ilə yanaşı, onların hərəkət marşrutlarında, təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə yol şəraitinin müayinə olunması, müvafiq yol nişanlarının qoyulması, nişanlanma xətlərinin çəkilməsi və ya yenilənməsi, eləcə də ölkədə mövcud olan sanitar-epidemioloji vəziyyət nəzərə alınmaqla təhsil işçiləri, valideynlər və ictimai təsisatlarla birgə təhsilalanlar arasında maarifləndirilmə və təbliğat-təşviqat işinin daha da canlandırılması nəzərdə tutulur.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi yollarda uşaq travmatizminin minimuma endirilməsi istiqamətində hər birimizi ictimai iştirakçılığa və yol hərəkəti qaydalarına riayət etməkdə azyaşlılara şəxsi nümunə olmağa dəvət edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəblərdə geyim qaydaları ilə bağlı QHT bəyanat yayımladı
Azərbaycanlıların əcnəbilərlə nikahları niyə tez pozulur?
Uşaqların hüquqlarının müdafiəsi üçün qanunvericilikdə yeniliklər edilir
Bakının Nübar qəsəbəsində yolların vəziyyəti taksilərin girişinə mane olur
Etibarnamə ilə avtomobil idarə etmək köhnəlmiş tətbiqdir
Türk ölkələrində məktəblərdə hicab qadağası mövcuddur