Yevlax polisindən ƏMƏLİYYAT: Yeddi nəfər saxlanıldı

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı, əldə olunması və daşınması ilə əlaqədar yeddi nəfər tutularaq istintaqa cəlb edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, şübhəli bilinən Rəşid Ələkbərov, Miri Rüstəmov, Elnur Mehdiyev, Ramin Şahsuvarov, Anar Bəylərov, Səbuhi Məmmədov və Emil Əliyev saxlanılıblar.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı M.Rüstəmova məxsus heroin və külli miqdarda metamfetamin, E.Əliyev, A.Bəylərov, S.Məmmədovdan heroin, R.Ələkbərovdan bir kiloqrama yaxın marixuana, eləcə də R.Şahsuvarov və E.Mehdiyevdən də marixuana aşkar edilərək götürülüb.
Faktlarla bağlı Yevlax Rayon Polis Şöbəsində araşdırmalar aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəblərdə geyim qaydaları ilə bağlı QHT bəyanat yayımladı
Azərbaycanlıların əcnəbilərlə nikahları niyə tez pozulur?
Uşaqların hüquqlarının müdafiəsi üçün qanunvericilikdə yeniliklər edilir
Bakının Nübar qəsəbəsində yolların vəziyyəti taksilərin girişinə mane olur
Etibarnamə ilə avtomobil idarə etmək köhnəlmiş tətbiqdir
Türk ölkələrində məktəblərdə hicab qadağası mövcuddur