“Forbes” jurnalı 2019-cu ildə dünyanın ən varlı qadınının adını açıqlayıb.

Kult.az xəbər verir ki, “L`Oreal” kosmetika şirkətinin mirasçısı Fransuaza Betankur-Mayers 49,3 milyard dollarlıq sərvətlə planetin ən zəngin qadını adını qazanıb.

“Dünyanın ən varlı insanları” siyahısında isə o, 15-ci yeri tutur.

Qeyd edək ki, Betankur 1997-ci ildən sözügedən şirkətin idarə heyətinin üzvü olub.

Anası Lilian Bettankurun ölümündən sonra (2017) isə səhmlərin müəyyən hissəsi qızının adına keçirilib.