Hindistanda yerli sakinlər valideynləri tərəfindən tarlada diri-diri basdırılan yeni doğulmuş körpəni xilas ediblər.

Musavat.com Publika.az-a istinadən xəbər verir ki, hadisə Qucarat ştatında baş verib.

Tarlada qalan uşaq yerli fermer tərəfindən tapılıb. Həmin şəxs hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verib. Bir neçə saatdan sonra polislər körpənin ata və anasını ştatın müxtəlif rayonlarında tapıblar.

Cütlük adam “öldürməyə cəhd” və “azyaşlını təhlükəyə atmaq”da ittiham olunub. Valideynlər hüquq-mühafizə orqanlarının əməkdaşlarına bu cinayəti yeni doğulan körpənin qız olması səbəbindən və ondan xilas olmaq üçün törətdiklərini deyiblər.