Yayda ağıllı saat taxmaq təhlükəli ola bilər: Dərinizə diqqət yetirin!
Yay mövsümündə ağıllı saatların istifadəsi bəzi şəxslərdə dəri problemlərinə yol aça bilər. İsti hava şəraitində saat qayışı altında toplanan tər və sürtünmə, dərinin qoruyucu qatını zədələyə bilər.
Minval.info xəbər verir ki, terapevt Fara Lətif, xüsusilə nikel, rezin, boya və bəzi plastik materiallara həssas olan insanlarda allergik reaksiyalar və ya kontakt dermatit inkişaf edə biləcəyini bildirib.
Həkimin sözlərinə görə, bu hallarda dəridə qızartı, quruluq, qaşınma, qabıqlanma və qıcıqlanma kimi əlamətlər müşahidə oluna bilər. Fara Lətif, bu əlamətlər ortaya çıxdıqda saatın istifadəsinə ara verilməsini və dərinin nəmləndirici kremlərlə qorunmasını tövsiyə edir. Əgər dermatit inkişaf edərsə, həkim məsləhəti ilə steroid tərkibli kremlərdən istifadə olunması mümkündür.
Mütəxəssis əlavə edir ki, əgər problemin allergiyadan qaynaqlandığı düşünülürsə, saat qayışının materialını dəyişmək və şikayətlər davam edərsə, infeksiya və digər dəri xəstəliklərini istisna etmək üçün mütləq həkimə müraciət etmək lazımdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kefirin zərərləri: hər kəs üçün uyğun deyilmiş
Arıqlama iynələri dırnaqların qopması riskini artıra bilər
Gənc nəsildə xərçəng halları artacaq
Köhnəlmiş çörək xərçəng riskini artıra bilər
Bu halda isti vanna qəbul etmək olmaz
Kardioloqdan alkoqol istifadəsi ilə bağlı diqqətçəkən xəbərdarlıq
Damar tıxanmasının təhlükələri: Kardioloqdan ciddi xəbərdarlıq