Yaşlılar uşaqları ötüb: Dünya demoqrafik dönüşdədir
Dünyada ilk dəfə olaraq 65 yaş və yuxarı olan insanların sayı 5 yaşa qədər olan uşaqların sayını keçib. Bu dəyişiklik qlobal miqyasda doğum səviyyəsinin azalması və ömür uzunluğunun artması ilə əlaqədardır.
Minval.info xəbər verir ki, ABŞ Siyahıyaalma Bürosunun hesabatına əsasən, dünyada doğum göstəricilərinin azalması və yaşama müddətinin uzanması əmək qabiliyyətli əhali ilə yaşlı nəsil arasında formalaşmış demoqrafik balansı dəyişdirir. Proqnozlara görə, 65 yaşdan yuxarı vətəndaşların sayı 2025-ci ildəki 852 milyon nəfərdən 2060-cı ilə qədər 2 milyard nəfərə çatacaq. Həmin vaxta qədər Yer kürəsinin ümumi əhalisinin 10.23 milyard nəfər olacağı gözlənilir.
Hesabata görə, 2013-cü ildə dünya əhalisinin 45%-i doğum əmsalı təkrar istehsal səviyyəsində və ya ondan aşağı olan ölkələrdə yaşayırdı. Lakin cəmi 10 il sonra, 2023-cü ildə bu göstərici artaraq 71%-ə çatıb. Hazırda dünyanın ən çox əhalisi olan iki ölkəsi – Çin və Hindistanda doğum səviyyəsi təkrar istehsal həddindən aşağıdır. Banqladeş, Meksika və Vyetnam kimi digər çoxmilyonluq əhalisi olan dövlətlərdə də 2013-cü ildən etibarən doğum göstəriciləri bu kritik həddin altına düşüb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır