12.02.2018 - 16:12
Foto 1 baxış

Yaponiyalı qız şəkillərini yayımladı – Cəmisi 17 kq çəkisi var - FOTOLAR

Qohumları tərəfindən müxtəlif işgəncəyə, fiziki şiddətə məruz qalan Yaponiya sakininin çəkisi 17 kiloqrama düşüb. 

Minval.İnfo xəbər verir ki, qohumları gənc qıza yeməyi qadağan edib və bu qadağa pozulduğu halda ona fiziki xəsarətlər yetiriblər. Xilas edilərək xəstəxanaya çatdırılan qızın çəkisi 16,8 kiloqram olduğundan uzun müddət həkim nəzarətində qalıb.

Məlumatda bildirilir ki,  sözügedən Yaponiya sakini 10 ildən sonra həmin şəkilləri sosial şəbəkələrdə paylaşaraq bu hallarla rastlaşan insanları kömək üçün aidiyyəti qurumlara müraciət etmələrini bildirib.

Hazırda 20 yaşı olan gənc xanım tamamilə sağlamlığına qovuşub. Onun qohumlarının cəza alıb-almaları isə məlum deyil.

Zeynəb

Minval.İnfo

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: