Yaponiyada imperatorun taxta çıxması münasibəti ilə mərasim başlayıb
Yaponiyanın yeni imperatoru Naruhitonun taxta çıxması münasibəti ilə Tokionun mərkəzindəki sarayda mərasim başlayıb.
“Report” TASS-a istinadən xəbər verir ki, mərasimin canlı yayımını Yaponiyanın İctimai Televiziyası aparır.
Mərasim imperator sarayının ən hörmətli “Şam zalı”nda 30 dəqiqə davam edəcək. Sarayda qədim nümunələrə uyğun olaraq ötən əsrin əvvəllərində istehsal edilmiş 6,5 metr hündürlüyə və 8 ton ağırlığa malik böyük taxt qurulub.
ƏLAQƏLİ
Türkiyə-Liviya dəniz səlahiyyətləri razılaşmasına Liviya Parlamentindən təsdiq
Mərasimin gedişatında taxta Heyan (794-1185) dövrünün dəbi üzrə yüksək qara papaqda və geyimdə (ibadət libasında) 59 yaşlı imperator Naruhito çıxacaq.
Baş nazir Sindzo Abe Naruhitonun taxta çıxışmasını ölkəyə və dünyaya elan etdikdən sonra, onu Yaponiya xalqı adından təbrik edəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək
Lüks brend mağazaları talan edildi, küçələrdə satılır
Fransada komendant saatı etiraz hərəkatını dayandıra bilməyəcək