Yaponiyada güclü qasırğa - Gəmi körpüyə çırpıldı, avtomobil zibilliyi yarandı - FOTO, VİDEO
Yaponiyada baş verən güclü qasırğa Osaka yaxınlığındakı Kansayi hava limanının bağlanmasına səbəb olub.
Minval.info xəbər verir ki, Jebi qasırğası zamanı Yaponiyanın qərbində böyük beynəlxalq havalimanı olan Kansayi havalimanı bağlanıb və minlərlə insanın evakuasiya olunub.
Osaka, Kobe və Kyoto bölgəsinə xidmət edən hava limanı okean tankerini qasırğa nəticəsində körpüyə çırpılıb və körpünü yararsız vəziyətə salıb. Yaponiyanın 25 il ərzində ən güclü qasırğası hesab edilən “Jebi” 10 nəfərə qədər sakinin ölümünə səbəb olub. Qasırğa ərazidəki evələrə, nəqliyyat vasitələrinə külli miqdarda zərər vurub.
Təqribən 3.000 sərnişin çərşənbə günü dəniz nəqliyyatları ilə evakuasiya olunana qədər 18 saat havalimanına sığınmağa məcbur olub. Sərnişinlərdən biri NHK müxbirinə “Elektrik olmadığından içəridə hava tənzimləyici qurğular işləmirdi” deyib.
Uçuş zolağında suyun təyyarənin motorları səviyyəsinə qalxdığına görə fəaliyyəti dayandırıb. Bütün uçuşlar dayandırılıb və Kansayi havalimanının vebsaytında fəaliyyətə 6 sentyabrdan sonra davam edəcəkləri qeyd edilib. 2016-cı ildə Kansayi havalimanının 25 milyondan çox sərnişini olub.
Qeyd edək ki, Kansayi Həftədə 400 uçuş ilə Yaponiyada ən işlək 3-cü havalimanıdır.
https://www.youtube.com/watch?v=sriFslSzMxU
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır

