Yağış suyuna möhtac ola bilərik... - SOS!
“Proqnozlara görə su stresi 2040-2070-ci illərdə kəskinləşə bilər. Bu, Azərbaycan üçün təhlükə yaradır”.
Bu fikirləri su məsələləri üzrə ekspert, Xəzər Universitetinin Coğrafiya və Ətraf Mühit Departamentinin müdiri Rövşən Abbasov Bakupost.az -a açıqlamasında qeyd edib.
Ekspert Azərbaycanda su qıtlığı ilə bağlı problemlərə və həll yollarına diqqət çəkib:
ƏLAQƏLİ
Hövsanda zibil böhranı: Sakinlər antisanitar şəraitdən gileylənirlər – FOTOLAR / VİDEO
“Azərbaycan öz-özlüyündə su stresi yaşayan ölkədir. Proqnozlara görə, su stresi 2040-2070-ci illərdə daha da kəskinləşə bilər. Bu, Azərbaycan üçün təhlükə yaradır. Su stresinin artması iqlim dəyişilmələri nəticəsində yarana bilər. Yeganə yol su ehtiyatlarından qənaətlə istifadə etmək və suya qənaət üçün imkan verən texnologiyaları həm iqtisadiyyatımızda, həm də gündəlik həyatımızda tətbiq etməkdən ibarətdir. Kənd təsərrüfatında damcılı, çiləmə və yeraltı suvarmaya keçid əsas həll yolu kimi görünür. Bundan başqa, məişətdə suya qənaət emək üçün həm texnologiyalardan istifadə etməliyik, həm də məsuliyyətli olmalıyıq”.
Ekspert yağış sularınının yığılması və istifadəsinə də diqqət çəkib:
“Yağış suyundan istifadə üçün imkanlar var. Bu imkanlar o ərazilərdə mümükündür ki, oralarda kifayət qədər yağış yağır. Düzdür, Bakıda da belə yağışlar yağır, amma o qədər də yetərli deyil. Biz nə qədər yağış suyu yığılacağını da dəqiq hesablamalıyıq. Azərbaycanın elə regionları var ki, orada yağıntılar çoxdur. Təbii ki, yağış sularını yığmaq üçün kiçik su anbarlarının quraşdırılması çox yaxşı olardı”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə yaşıllıqlara ciddi ziyan vurulub
70-ci maddənin “ç” bəndi: Cəza, yoxsa ömürlük məhdudiyyət?
Şəmkirdə 19 kiloqram narkotik vasitə aşkarlandı
Məhkəmələr mediadan yazı sildirməyə başlayıb: Yeni hüquqi praktika
Veyp istifadəçilərinə ciddi xəbərdarlıq edildi
Çimərliklərdə sabah vəziyyət necə olacaq?