16.10.2018 - 14:20
Qalmaqal 27 baxış

Xoşqədəmin verilişində tapılan qızı biabır etdilər - Video

Xoşqədəm Hidayətqızının verilişində vəkil studiyaya gələn qıza qarşı aqressiv münasibət bəsləyib. 

Minval.info xəbər verir ki, proqrama çıxan qadın 4 nəvəsini tərk edən qızının tapılması üçün elan verib. Onun övladı Rövşanə adlı qız anasının istəyinə görə, studiyaya gəlib. Ana ağlayaraq qızından hansı səbəbdən bu addımı atdığını soruşub.

Rövşanə xanım isə həyat yoldaşının onu incitdiyini dilə gətirib. O, eyni zamanda ərinin təhdidi ilə üzləşdiyini bildirib:

“Yeznən məni incitdi, evdən çıxdım. Boşanmaqdan söhbət açdım. Razılığını bildirdi, amma məni öldürəcəyini dedi”.

Verilişin daimi eksperti olan vəkil Şəfiqə Nağıyeva onun bu sözlərinə sərt reaksiya verib:

“Bir dəqiqə… Uşaqlarını qoyub getmisən, sən də danışırsan?! Boşanaydın da… Haradan tapıb gətiriblər səni? Uşaqlar yalvarır, “ana, ana”…”

Vəkilin çıxışından sonra Rövşanə anasına “məni niyə elana verdin, bu qədər adamın içində məni biabır elədin, sənə zəng vurmuşdum” deyib.

Açar sözlər: #Samir Mirzə
Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: