Xarkovda marafon zamanı raket hücumu: 3 ölü
Xarkov vilayətində hər il keçirilən və həlak olan hərbçilərin xatirəsinə həsr olunan marafon zamanı faciəvi hadisə baş verib. Rusiya Silahlı Qüvvələrinin raket hücumu nəticəsində üç iştirakçı həyatını itirib.
Minval.info xəbər verir ki, hadisə şənbə günü səhər saatlarında Berestinski rayonunun Natalino kəndində baş verib. Rusiya qüvvələri marafonun keçirildiyi əraziyə “İsgəndər” raketi ilə zərbə endirib. Hücum nəticəsində üç nəfər ölüb.
Xarkov vilayəti prokurorluğu hadisə ilə bağlı araşdırmaya başlayıb. Təşkilatçıların tədbir zamanı iştirakçıların təhlükəsizliyini lazımi səviyyədə təmin edib-etmədiyi də araşdırılır. Prokurorluq mümkün səhlənkarlıq faktını da nəzərdən keçirir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır