Xankəndidə mənzillər satışa çıxarılacaq
Xankəndidə mənzillər satışa çıxarılacaq.
Minval.info report-a istinadən xəbər verri ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətindən bildirilib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezident xüsusi nümayəndəsi Elçin Yusubov məsələ ilə bağlı bildirib ki, sahibkarlar şəhərdə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının inşasına başlayıb və tikinti başa çatdıqdan sonra mənzillər satışa çıxarılacaq:
“Artıq Xankəndidən mənzil almaq istəyən vətəndaşlardan xeyli müraciət daxil olub. Mənzillərin satışı həm nağd şəkildə, həm də kreditlə mümkün olacaq. Sahibkarların banklarla imzaladığı müqavilələr əsasında vətəndaşlara kreditlə mənzil almaq imkanı yaradılacaq. Bu prosesin şəffaf və rahat həyata keçirilməsi üçün sahibkarlara zəruri dövlət dəstəyi göstəriləcək”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026