Xalq artisti Eyyub Yaqubovun konserti baş tutdu
Heydər Əliyev Sarayında Xalq artisti Eyyub Yaqubov və “ Big Band Sound Pro “nun növbəti iki günlük konserti baş tutub.
Yeniliklərlə yadda qalan konsertdə Eyyub Yaqubov dinləyicilərinə yeni mahnılar da təqdim edib. Coşqu ilə qarşılanan musiqili gecədə Eyyub Yaqubovla yanaşı xalq artisti Cavan Zeynallı və “ Big band sound pro” nun bədii rəhbəri , Azərbaycan Dövlət televiziyasının solisti Fuad Musayev də sevilən ifalarını səsləndiriblər. Səhnədə “ Qaya” qrupunun repertuarından sevilən mahnılar səsləndirən Fuad Musayev və Cavan Zeynallının çıxışı alqışlarla qarşılanıb.
Xalq artisti Eyyub Yaqubov bəstəkar Elçin İmanovun bəstələdiyi “ Balaxanı” və “ Səni sevirəm” mahnılarını da eksklüziv olaraq konserti izləməyə gələn pərətişkarları üçün səsləndirib. Anşlaqla qarşılanan konsert maraqlı rəqs nömrələri və çıxışlarla yadda qalıb.
Qeyd edək ki,Türkiyədə baş vermiş zəlzələ səbəbinən Eyyub Yaqubovun “Big bang sound pro” ilə birgə planlaşdırılan konsertinin tarixi dəyişdirilərk fevralın 15-16-dan martın 25, 26-sına keçirilmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Aygün ağ libası ilə göz oxşadı - FOTOLAR
Röya xalq artistinə barışıq addımı atdı
Samirə "Eurovision"da bu mahnını oxuyacaq - Video
“Konsertimi ləğv edirdilər, işə dövlət adamları qarışdı” - Namiq Qaraçuxurlu
Aynişanı təbrik edib, başqasına söz atdı - Fotolar