Xətaidə İnqilab İsmayılov küçəsi abadlaşır - Fotolar
Rayonun simasının daha da gözəlləşməsi və müasirləşməsi, əhalinin rahatlığının təmin edilməsi istiqamətində Xətai rayon İcra Hakimiyyəti tərəfindən davamlı olaraq abadlıq-quruculuq işləri aparılır. Abadlıq işləri yekunlaşan növbəti küçə İnqilab İsmayılovdur.
“Minval.info” xəbər verir ki, görülən işlər çərçivəsində İnqilab İsmayılov küçəsi 56, 58, saylı ünvanında abadlıq işləri yekunlaşıb, 3,5,7 saylı ünvanlarda isə yekun tamamlama işləri aparılır.
Görülən işlər çərçivəsində qanunsuz çəpərləmələr və yöndəmsiz tikililər sökülüb, sakinlərin rahat gediş-gəlişini təmin etmək məqsədilə ərazidə təmizlik və abadlıq işləri aparılıb. Yaşayış binalarının yaxınlığında müasir standartlara cavab verən park və bağlar salınıb, küçə boyu yeni yaşıllıq zolaqları salınıb, hərəkət hissələrinə qəmbər daşlar döşənib, uşaq oyun-əyləncə meydançaları, oturacaq və söhbətgahlar, su fəvvarəsi, idman meydançası və idman qurğuları quraşdırılıb. Həmçinin, yaşayış binalarının fasadları rənglənib. Abadlaşdırılan bütün ərazilər ən müasir işıqlandırma sistemləri ilə təchiz olunub. Küçə boyu velosiped zolağı salınıb, avtomobil yolunun kənarlarına bordyorlar düzülüb, piyada səkiləri çəkilib.
ƏLAQƏLİ
Selena Qomezdən yaxtada ROMANTİK TƏTİL – Makiyajsız görünüşü diqqət çəkdi
Məlumat üçün qeyd edək ki, hazırda rayon ərazisində 13 ünvanda yaşayış binalarının həyətlərinin abadlaşdırılması işləri davam etdirilir. Burada çalışanların əksəriyyəti işsizlik problemi ilə üzləşən və DOST iş mərkəzi tərəfindən işlə təmin olunaraq rayon ərazisində gedən abadlıq- quruculuq işlərinə cəlb olunan rayon sakinləridir. Sonradan həmin şəxslər salınan parklara və yaşıllıqlara nəzarət və qulluq üçün burada işlərini davam etdirəcəklər.










Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Selena Qomezdən yaxtada ROMANTİK TƏTİL – Makiyajsız görünüşü diqqət çəkdi
Meksikada “Z nəsli”etirazları böyüyür
Leyla Əliyeva 2 oğlu şəhid olan ananı ziyarət etdi - FOTOLAR
“Görünməyənin ardında” adlı fərdi foto sərgi açılacaq
Miri Yusifdən konsert öncəsi yeni – Fotolar
Nura bu dəfə kənd qızı oldu - FOTOLAR-VİDEO
İş başında ölən zavod işçilərinin FOTOSU