“Vilayəti Bakıda həbs olunsun” - Argentina hökumətinin Azərbaycana sensasion müraciəti
*** ilk yayınlanma zamanı: 11.11.2019 – 15:18
İsrailin “The Jerusalem Post” qəzeti yazır ki, 14-15 noyabrda Bakıda dini liderlərin beynəlxalq səviyyəli görüşü olacaq. İranı təmsil edən Əli Əkbər Vilayəti (Alí Akbar Velayati) də Azərbaycanda keçirilən tədbirdə iştirak edəcək.
Musavat.com bildirir ki, Argentina hökuməti rəsmi qaydada Azərbaycana müraciət edib. Müraciətdə deyilir ki, Əli Əkbər Vilayətinin 1994-cü ildə Buenos Ayresdə AMIA yəhudi mərkəzinin partladılmasında əli var.
ƏLAQƏLİ
Türkiyə-Liviya dəniz səlahiyyətləri razılaşmasına Liviya Parlamentindən təsdiq
Daha sonra qəzet müəyyən detalları açıqlayıb: Argentina Xarici İşlər Nazirliyi Buenos Ayresdəki Azərbaycan səfirini görüşə dəvət edib. Görüş zamanı Argentina rəsmiləri cənab Əli Əkbər Vilayətinin Azərbaycana səfəri ilə bağlı “ciddi narahatçılıq keçirdiklərini” dilə gətiriblər. Onlar bu məsələdə Azərbaycanı əməkdaşlığa səsləyərək Əli Əkbər Vilayətinin Bakıda həbs olunmasını və onun Argentinaya göndərilməsini xahiş ediblər.
İsrail qəzeti yazır ki, Argentina ona də əmindir ki, 1992-ci ildə Buenos Ayresdə İsrail səfirliyinin partladılmasında da İranın əli var. O vaxt 29 nəfər ölmüş, 242 nəfər isə yaralanmışdı.
“The Jerusalem Post” yazır ki, 2007-ci ildən üzü bəri İnterpol üzərindən ən çox axtarışda olan məhz İran vətəndaşlarıdır. 2016-cı ildə Mövsum Rəbbani Kolumbiyaya rəsmi səfərə getməkdən imtina etdi. Çünki o, radikal islamçı kimi tanınır və Latın Amerikasında radikal İslamın yayılmasına can atır.
Argentina əvvəllər də, məsələn, 2016-cı ildə Sinqapur, Malayziya və Rusiyaya da oxşar müraciətdə bulunub. Amma heç bir ölkə Argentinanın bu kimi xahişinə müsbət cavab verməyib.
İsrail qəzeti xatırladır ki, Əli Əkbər Vilayəti İranın dini rəhbəri Xameneyinin beynəlxalq məsələlər üzrə məsləhətçisidir.
P.S. Təbii ki, Azərbaycan da digər ölkələr kimi Argentinanın bu xahişinə elə bir önəm verməyəcək. Birincisi, Azərbaycana qonşu İranla problem yaşamaq qətiyyən gərək deyil, ikincisi isə Argentina Latın Amerikasında erməni məsələsinə aşırı simpatiyası ilə seçilən ölkədir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək
Lüks brend mağazaları talan edildi, küçələrdə satılır
Fransada komendant saatı etiraz hərəkatını dayandıra bilməyəcək