03.11.2021 - 13:25
CƏMİYYƏT
17 baxış
Veteran adı və təqaüdlər kimlərə veriləcək? (AÇIQLAMA)

“Veteran adı ancaq ön cəbhədə döyüşən əsgər və zabitlərimizə şamil edilməyəcək. Ölkə başçısı da dəfələrlə deyib ki, Vətən müharibəsində zərrə qədər xidməti olanların hamısı dövlətin xüsusi diqqətinə layiq görüləcək”.
Bu sözləri “ARB24″də yayımlanan “Nə baş verir?” verlişində qonaq olan Milli Məclisin üzvü Məlahət İbrahimqızı bildirib:
“Bəzən tənqidlər olur ki, adların verilməsi niyə gecikir? Burada böyük sayda rəqəmlərdən söhbət gedir. 100 minlik, onun təxminən 3 min qazi və 3 min şəhidi götürəndə görün nə qədər böyük rəqəmlər ortaya çıxır. Onların hər biri fərdi qaydada dəyərləndirilməlidir.
Bilirsiniz ki, Birinci Qarabağ müharibəsinin veteranlarının müəyyən imtiyazları var və dövlətimiz onlara təqaüdlər verir. Veteranların hər birinə ayrı-ayrı yanaşılaraq ən ədalətli və humanist qərar çıxarılacaq”.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2019-cu il 25 fevral tarixli 992 nömrəli Sərəncamının icrası ilə əlaqədar fərman verilib ki, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin və onun aylıq məbləği 80 manat müəyyən olunsun.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəblərdə geyim qaydaları ilə bağlı QHT bəyanat yayımladı
11.10.2026 - 16:54
Azərbaycanlıların əcnəbilərlə nikahları niyə tez pozulur?
11.10.2026 - 11:54
Uşaqların hüquqlarının müdafiəsi üçün qanunvericilikdə yeniliklər edilir
07.10.2026 - 15:33
Bakının Nübar qəsəbəsində yolların vəziyyəti taksilərin girişinə mane olur
06.10.2026 - 12:22
Etibarnamə ilə avtomobil idarə etmək köhnəlmiş tətbiqdir
05.10.2026 - 15:31
Türk ölkələrində məktəblərdə hicab qadağası mövcuddur
05.10.2026 - 14:21
Kəlbəcərdə 33 ildən sonra pedaqoji fəaliyyətə qayıdan müəllim
05.10.2026 - 13:32