К содержанию

“Vaynerlər müğənnini haqq-hesaba çəkdi” iddiası – Elvin Abdullayev geri çəkildi? (FOTOLAR, VİDEOLAR)

Müğənninin yazdığını silməyə nə məcbur etdi? Vaynerlə arasında nə baş verib?

Ötən həftə müğənni Elvin Abdullayev televiziya kanallarınının fəaliyyəti və gənc vaynerlər barədə sərt mövqeyi ilə gündəmə gəldi.

Minval.info xəbər verir ki, sənətçi sərt şəkildə vaynerlərin efirə çıxmasına, mahnsı oxumasına, filmə çəkilməsinə etiraz edib.

Nə qədər ki, televiziya kanallarında senzura yoxdur, cəmiyyətə yararsız vaynerciklər efirdə həm mahnı, həm də zövqdən, dəbdən, incəsənətdən danışacaq. Bu o deməkdir ki, Azərbaycan öz musiqisini, incəsənətini itirdi. Başınız sağ olsun! Utanmadan filmlərə çəkilirlər, baş rol alırlar. Həmin filmlərə də baxmışam. Başdan-sona söyüşdür, ancaq tərbiyəsiz qızcığazların çıxışıdır. Bu qədər də olmaz. Tərbiyəsizliyin belə son həddini aşıblar. MTRŞ-dan xahiş edirəm, buna bir son qoysunlar” – Elvin Abdullayev bildirib.

 

Bu xəbər minval.info-nun “İnstagram” səhifəsində paylaşıldıqdan sonra vayner Mənsur Şərif buna kobud şəkildə reaksiya verib:

“Büzüy admin, mən mahnı oxumuşam, ala?! Götürüb adımdan paylaşım edirsiniz. Qınamıram, əqidəsiz insanlarsınız ki, sizdə ar belə, yoxdur. Sadəcə, ürəyimdən bu keçdi, yazdım. Tullanım sizin səviyyəvizə”.

Qısa müddətdən sonra müğənni Elvin Abdullayev sözügedən postu sosial media hesabından pozub. Bu barədə E.Abdullayevin köməkçisi minval.info-ya açıqlama verib: “Vaynerlərlə Elvin arasında heç bir qalmaqal yaşanmayıb. Bunu bilirəm ki, onun bəyəndiyi və izlədiyi iki nəfər var. Bunlar Əlixan Rəcəbov Taleh Yüzbəyovdur. Qalanlarını görəndə belə acığı gəlir. Paylaşımı isə özü silib, xüsusi səbəbi yoxdur”.

Qeyd edək ki, vaynerlər Sabir Samiroğlu, Rəsul Abbasov yeni trendə qoşularaq “Mash up” janrında klipl ərsəyə gətirib. Bundan əlavə Mənsur Şərif həmkarları ilə birgə çəkildiyi ilk ekran işləri olan “3 badam, 1 qoz” filmində dilə gətirdikləri sözlərə görə tənqid olunublar. O cümlədən vaynerlərin sonuncu “2 Mal” ekran işində də evə çağırdıqları qızlarla aralarındakı intim dialoqu, dilə gətirdikləri üstü örtülü söyüşə işarə etdikləri sözlər tamaşaçılar tərəfindən narazılığa səbəb olub. Onlar vaynerləri sərt şəkildə tənqid ediblər.

Samir Mirzə / Minval.İnfo
Etiraza səbəb olan filmdən bəzi hissələr:




Filmdə rol alanlar bu filmdən olan parçalara yazılan şərhlərlə də tanış ola bilər:

Elvin Abdullayin nəzərdə tutduğu mahnılar:

Tarix: 2019/01/22 16:46

Qalmaqal

Темы: ,

  Dostlarımızın xəbərləri

Digər xəbərlər

“Pərviz yanağına xətt çəkirdi ki, mənə oxşasın” – Qalmaqal

“Rəngarəng” verilişinin son buraxılışında meyxana ustadı Vüqar Əbdülov həmkarı Pərviz Bülbülənin əvvəlki açıqlamasına cavab verib.

Xatirə İslama SƏRT İTTİHAM: “Heç olmasa Xankəndinin adını yalanlarınızla çirkləndirməyin”

Jurnalist Afət Telmanqızı müğənni Xatirə İslamın açıqlamalarını tənqid edərək onun Xankəndi ilə bağlı səsləndirdiyi fikirlərin doğru olmadığını

Nura Suri: “Mədəniyyət Nazirliyində müğənnilərdən yeyinti tələb olunur”

Nura Suri: “Mədəniyyət Nazirliyində müğənnilərdən yeyinti tələb olunur” Minval.info xəbər verir ki, müğənni Nura Suri sosial şəbəkə

“Nəticə yoxdursa, dövlət niyə kinoya pul ayırsın?”

”İllər boyu filmlərə dövlət pul ayırdı… Amma ortaya nə çıxdı?

“Azərbaycan xalqına azad seçim versən, gedib Manafa səs verəcək”

Tanınmış yazar Kəramət Böyükçöl dizayner Aynur Xəlilovanın yutubda yayımlanan “Hərşeyşünas” podkastında qonaq olub.

“Hikmət Rəhimov, haqqımı ver!” – “Apatiya 2″nin çəkilişlərində qalmaqal

Aktyor Hikmət Rəhimov rejissorluğunu etdiyi ”Apatiya” filminin ikinci hissəsinin çəkilişlərində qalmaqal yaranıb.

Elza Vüqarı polisə verdi

Əməkdar artist Elza Seyidcahan meyxanaçı Vüqar Əbdülovu polisə şikayət edib.  Axşam.az xəbər verir ki, müğənni bu haqda

“Küçə qadınlarına bahalı hədiyyələr verənləri araşdırsınlar” – Nazilə Səfərli

Ötən gün Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbinin ibtidai sinif müəllimi Yaqut Ağamalıyevaya qızıl alınması müzakirələrə

“Sənə heç bir rəhmət düşmür”

Akademik Milli Dram Teatrı (AzDrama) ilə yollarını qalmaqallı şəkildə ayıran aktyor Hikmət Rəhimov vəfat edən teatrın direktoru