Vətən müharibəsi şəhidi adına bulaq açılışı olub - FOTO

Oktaybrın 10-da Suraxanı rayonunun Hövsan qəsəbəsində vətən müharibəsi şəhidi Vaqif Mərdanovun doğum günü münasibətilə adına bulaq açılıb.
Açılış mərasimində şəhidin ailə üzvləri, icra nümayəndələri, ictimai dövlət xadimləri, o cümlədən kənd sakinləri tərəfindən şəhidin əziz xatirəsi yad edilib.
Mərasim zamanı şəhidin ailəsinə ” Füzulinin azad olunmasına görə” medalı təqdim edilib.
Bulağın açılışından sonra şəhidin məzarı vətən müharibəsinin qaziləri, eyni zamanda şəhidin döyüş yoldaşları və digər qonaqlar tərəfindən ziyarət edilib, daha sonra şəhidin evində yas mərasimi keçirilib.
Qeyd edək ki, 10 oktyabr 2001-ci ildə dünyaya gələn Vaqif Mərdanov 3 noyabr 2020-ci ildə Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Şəhid Vaqif Mərdanov eyni zamanda “Vətən uğrunda” , “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.
Ləman Rüfətqızı, Anar Əhməd
Minval.info

ƏLAQƏLİ
Uşaqların hüquqlarının müdafiəsi üçün qanunvericilikdə yeniliklər edilir
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəblərdə geyim qaydaları ilə bağlı QHT bəyanat yayımladı
Azərbaycanlıların əcnəbilərlə nikahları niyə tez pozulur?
Uşaqların hüquqlarının müdafiəsi üçün qanunvericilikdə yeniliklər edilir
Bakının Nübar qəsəbəsində yolların vəziyyəti taksilərin girişinə mane olur
Etibarnamə ilə avtomobil idarə etmək köhnəlmiş tətbiqdir
Türk ölkələrində məktəblərdə hicab qadağası mövcuddur