Ukraynalı nazir Türkiyədən üzr istədi
Ukraynanın müdafiə naziri Aleksey Reznikov ölkəsinin müharibədəki itkilərini Türkiyədə zəlzələdə həlak olanların sayı ilə müqayisə etdiyinə görə üzr istəyib.
Bakupost.az xəbər verir ki, A.Reznikov bu barədə öz tviter hesabında paylaşım edib.
“İspaniyanın “La Razon” qəzetinə verdiyim müsahibəmdə səsləndirdiyim fikirlərdən inciyən, Ukraynada və Türkiyədə olan hər kəsdən səmimi qəlbdən üzr istəyirəm. Minlərlə günahsız insanı, dostları və qonşularımızı dəfn etməyin nə olduğunu anlayırıq”, – deyə nazir bildirib.
Qeyd edək ki, Reznikov “La Razon”a müsahibəsində bildirib ki, Ukraynanın genişmiqyaslı müharibə zamanı verdiyi itkilər Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayından azdır. “Əlbəttə, biz döyüşdüyümüzdən itkilərimiz var. Lakin itkilərimiz Rusiya tərəfində olduğundan azdır. Rəqəm açıqlaya bilmərəm, lakin deyə bilərəm ki, itkilərimizin ümumi sayı Türkiyədə zəlzələ zamanı ölənlərin sayından azdır”, – deyə ukraynalı nazir qeyd edib.
Xatırladaq ki, ən son açıqlamaya görə, Türkiyədə fevralın 6-sı baş verən dağıdıcı zəlzələlər nəticəsində 50 500 nəfər həlak olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
ABŞ və İran arasında gərginlik: Tramp danışıqların olmadığını deyir
Kölələri əmlak sayan qanun rəsmən ləğv edilir
Şəkinin turizm xəzinəsi: Tarixi abidələrdən sənətkarlığa qədər
Avropa İttifaqı Booking.com-u saxta elanlar və fırıldaqlarla bağlı araşdırır
Ölümsüz meduza yaşlanmanı geri çevirmək ümidini artırır