Ukrayna Belarusla sərhəddə təlimlər keçirib
Ukrayna Təhlükəsizlik Xidməti Belarusla sərhəddə yerləşən Rovno vilayətində genişmiqyaslı təlim təşkil edib.
Minval.info APA-ya istinadən xəbər verir ki, məlumatı Ukrayna Təhlükəsizlik Xidməti “Facebook”da paylaşım edib.
Bildirilib ki, təlimin ssenarisi Ukrayna ərazisində daxil olan düşmən diversantlarının və müşahidə qruplarının zərərsizləşdirilməsini nəzərə tutub. Ssenariyə əsasən, diversiya qruplarından biri şəhərə soxulmağa cəhd edib, digər qrup isə energetika müəssisənin rəhbərini ailəsi ilə birlikdə girov götürərək psixoloji təzyiq və fiziki zorakılıqdan istifadə edərək əməkdaşlığa məcbur etməyə çalışıb. Təlimlərdə Ukrayna Təhlükəsizlik Xidmətinin, Ukrayna Silahlı Qüvvələrinin, Milli Polisin, Fövqəladə Hallar Xidmətinin, Milli Qvardiyanın bölmələri, icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının nümayəndələri iştirak ediblər.
Koordinasiya qrupu Ukraynanın şimal-qərbindəki sərhədyanı ərazilərdə mümkün təxribatların qarşısının alınmasında idarələrarası qarşılıqlı fəaliyyəti müsbət qiymətləndirib.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda məktəbdə 7-ci sinif şagirdi intihara cəhd etdi
İrandan gələn iki nəfər “Semaşko”ya yerləşdirildi
Şantaj olunan qız: "Çılpaq şəkillər göndərməyimi istəyirdi” - Azərbaycanda