29.09.2026 - 09:55
Türkiyə-Liviya anlaşması İsrailin enerji planlarını narahat edir
Dünya 1 baxış

Türkiyə-Liviya anlaşması İsrailin enerji planlarını narahat edir

İsrail mətbuatında yayılan xəbərlərə görə, 2019-cu ildə imzalanmış Türkiyə-Liviya anlaşması Yunan adalarını, o cümlədən Girit və Rodosu “oyundan çıxararaq” Türkiyə sahillərindən Liviya sahillərinə qədər uzanan “koridor” formalaşdırıb. Bu vəziyyətin Akdenizi “faktiki olaraq iki yerə böldüyü” iddia edilir.

Minval.info xəbər verir ki, “Jerusalem Post” qəzeti Türkiyə ordusunun bölgədəki fəaliyyətləri ilə bu vəziyyəti önə çıxarıb. Türkiyənin Liviyaya verdiyi hərbi dəstəyin qarşılığında “Liviya limanlarında iştirak, hava mövcudluğu və enerji resurslarının axtarışı hüquqları” əldə etdiyi bildirilib.

Həmçinin, İsrailin enerji layihələrinə diqqət çəkilərək, yaranan təhlükəsizlik şəraitinin Türkiyəyə bölgədə hərbi infrastruktur qurma imkanı yaratdığı vurğulanıb. Ankara’nın “sivil dəniz ticarəti” də daxil olmaqla, öz sərhədlərinin çox uzağında hərbi və sivil fəaliyyətləri “pozmaq” imkanına sahib olduğu iddia edilib.

İsrailin ticarətinin 98 faizinin dəniz yolu ilə həyata keçirildiyi vurğulanaraq, Tel-Əvivin Türkiyənin Şərqi Akdenizdəki addımlarından narahat olduğu qeyd olunub. İsrailli rəsmilər bu vəziyyəti “Türkiyə, İsraili küncə sıxışdırır” şəklində qiymətləndiriblər.

Yunanıstan, Güney Kipr Rum İdarəsi və İsrail arasındakı “Deniz altı kablolu elektrik bağlantısı Great Sea Interconnector (GSI)” layihəsi də müzakirə mövzusu olub. “Kathimerini”nin məlumatına görə, Atina və Paris rəhbərlikləri, Şərqi Akdenizdə Ankara ilə yeni bir kriz yaşanmaması üçün kablonun marşrutunda dəyişiklik edilməsi barədə razılığa gəliblər.

İsrail Müdafiə Nazirliyi isə istihbaratın bölgədəki inkişafları yaxın təqib etməsi və bu prosesi görməzlikdən gəlməməsi barədə xəbərdarlıq edib. “Walla”nın məlumatına görə, Mossad başda olmaqla, İsrail istihbarat xidmətləri Türkiyənin bölgədə artan nüfuzundan narahatdırlar.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: