İran nüvə müqaviləsindən çıxmağı nəzərdə tutan qanun layihəsi hazırlayıb
İran parlamenti ölkənin “Nüvə silahının yayılmaması haqqında” müqavilədən (NPT) çıxmasını nəzərdə tutan qanun layihəsi hazırlayıb. Bu təşəbbüs ölkənin beynəlxalq nüvə siyasətində mühüm dəyişikliklərə səbəb ola bilər.
Minval.info xəbər verir ki, İran parlamenti sədrinin müavini Əli Nikzad bu barədə açıqlama verib. Nikzad, layihənin beynəlxalq arenada hansı nəticələrə səbəb ola biləcəyinin hazırda araşdırıldığını bildirib.
Onun sözlərinə görə, qanun layihəsi “fövqəladə əhəmiyyətli” statusu ilə parlamentin plenar iclasına təqdim ediləcək. Deputatlar həmin gün sənədə baxaraq qərar qəbul etməlidirlər.
Nikzad əlavə edib ki, İran keçən ilin sentyabr ayında Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə əməkdaşlığı dayandırmışdı. O, BAEA-nın baş direktoru Rafael Qrossini “vicdansız insan” adlandıraraq, bu təşkilatla əlaqələrin gərgin olduğunu vurğulayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyə-Liviya anlaşması İsrailin enerji planlarını narahat edir
Cənubi Koreya prezidenti DMZ-də mina partlayışının araşdırılmasını əmr etdi
ABŞ Kanadadan idxal edilən məhsullara qadağa tətbiq etdi
Papa süni intellektin təhlükələri ilə bağlı xəbərdarlığını yeniləyib
Oleşki şəhərində acınacaqlı vəziyyət: Rusiya yardım yollarını bağlayır
Avropada uşaqlar üçün sosial media qadağasının dəstəklənməsi artır