
Bir neçə gün öncə bir qrup yunan Türkiyə sərhədlərindən bir neçə kilometr aralıda yerləşən Hurşut qayalıqlarına çıxaraq oraya yunan bayraqlarını sancıb.
Minval.info xəbər verir ki, bu hadisə ölkələr arasındakı gərginliyi artırıb. Türkiyənin baş naziri Binəli Yıldırım hadisədən sonra Yunanıstan hökumətini təxribat ilə günahlandırıb:
“Edilməsi gərəkənlər gərginlik yaradacaq addımlardan qaçınmaqdır. Burada təhlükəli addımlar atmayın, əsgərlərimizin əlindən bir xəta çıxa bilər”
Bundan başqa baş nazir xüsusi təyinatlıların bayraqları yerindən qaldırdıqlarını bildirib.
Minval.info




































