Türkiyədə yeni qanun layihəsi: Terrorçular üçün əfv yoxdur, müraciət tələbi var
Türkiyədə ‘Terrorsuz Türkiyə’ təşəbbüsü çərçivəsində hazırlanan 12 maddəlik yeni qanun layihəsi ictimaiyyətə təqdim edilib. Bu layihə, ‘Milli Həmrəylik və İctimai İnteqrasiyanın Gücləndirilməsi’ adı altında Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim olunub.
Minval.info xəbər verir ki, layihə AK Partiya tərəfindən hazırlanıb və ilk imzanı MHP lideri Dövlət Bağçalı atıb. TBMM sədri Numan Kurtulmuş da sənədi imzalayaraq dəstəyini ifadə edib.
Layihənin AK Partiya, MHP və DEM Partiyasının birgə dəstəyi ilə parlamentə təqdim olunması və həftənin sonuna qədər qanunlaşması gözlənilir. Qanun layihəsi, ümumi əfv xarakteri daşımadığı və terror təşkilatının lideri Abdulla Öcalana xüsusi status vermədiyi üçün diqqət çəkir. PKK üzvləri qanunun güzəştlərindən faydalanmaq üçün 6 ay ərzində müraciət etməlidirlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə dizel yenidən 100 lirədən ucuzdur
Elşad Namazov Abşeron Logistikadan ayrıldı: 8 ilin sonu
Yusuf Dikeç Derya Arms-da məsləhətçi oldu
Nobel mükafatının məbləği rekord həddə çatdı
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
Qızılın qiyməti yenidən yüksəlir!