Türkiyənin Rizə vilayətinin polis rəisi Altuğ Verdi silahlı hücum nəticəsində öldürülüb.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, silahlı hücum yol polisi tərəfindən idarənin binasında həyata keçirilib. Hadisə zamanı daha 2 polis əməkdaşı yaralanıb.

Yaralı polislər xəstəxanaya yerləşdiriliblər. Polis binası və ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.