Türkiyədən maraqlı qərar - Bu şəxsləri bəyənmək cinayət sayılacaq
Türkiyədə “Xalq Demokratiya Partiyası” (HDP)- nın keçmiş başqanı Səlahəddin Demirtaş haqqında maraqlı qərar qəbul olunub.
Qərar Səlahətdin Demirtaşı “Twitter” sosial şəbəkəsində izləməklə bağlıdır. Belə ki, artıq Səlahətdin Demirtaşı bu sosial şəbəkədə izləmək cinayət olaraq qəbul edilir və bu səbəbdən artıq 5 nəfərin evində axtarış aparılıb.
Minval.info “Hürriyet”-ə istinadən xəbər verir ki, sosial şəbəkə hesablarında Demirtaş haqqında paylaşımlar edən bir gəncin evində axtarış aparılıb. Şübhəlinin evində “Black Hunter” və “Dragon Multibot” adlı iki oyun CD-si dəlil şübhəli əşya olaraq ələ keçirdilib.
Bundan başqa Türkiyədə bəzi sosial şəbəkə paylaşımlarını “like” etmək də artıq cinayət sayılır.
“Grup Yorum” adlı musiqi qrupunun “Dağlara gəl” adlı kürdcə musiqi parçası, “Med Haber” adlı saytın facebook səhifəsi və keçmiş Xalq Demokratiya Partiyasının (HDP) üzvü Figen Yüksekdağ, Səlahəttin Demirtaş, İdris Baluken, Ferhat Encü və digərlərinin “Twitter” hesablarını izləmək artıq qanun pozuntusu hesab edilir.
Bu cinayətlərə görə saxlanılan şəxslər barədə məhkəmə noyabr ayından başlayacaq.
Qeyd edək ki, Səlahəddin Demirtaş terrora dəstək olduğu üçün hbs edilib.
Vüqar
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır

