Türkiyədən ABŞ-ın qərarına sərt reaksiya

ABŞ daha öncə İrana təbiq etdiyi sanksiya çərçivəsində bu ölkə ilə əməkdaşlığı davam etdirmək üçün aralarında Türkiyənin də olduğu 8 ölkəyə verdiyi 180 günlük güzəşt müddətini uzatmayacağını açıqlayıb.
“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, məsələ ilə bağlı Türkiyənin Xarici İşlər naziri sərt açıqlama verib.
O, bu qərarın regionda sülh və sabitliyə xidmət etməyəcəyini və İran xalqına zərər vuracağını bildirib:
“Qonşularımızla münasibətləri necə quracağımızla bağlı məcburi göstərişləri qəbul etmirik”.
Qeyd edək ki, 5 noyabr 2018-ci ildə İrana qarşı sanksiyaların ikinci paketi qüvvəyə minib və bu ölkə ilə əməkdaşlıq edən ölkələrə də eyni addımın atılacağı barədə xəbərdarlıq edilib. Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, Tayvan, Türkiyə, İtaliya və Yunanıstana isə 180 günlük güzəşt müddəti verilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Araqçi hücum anını danışdı: "Hər şey üzərimizə çökdü"
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ