Türkiyədə müəmmalı qəza: rus nüvə mühəndisləri həlak oldu - FOTOLAR
Rusiyanın Türkiyədə, Mersin vilayətində inşa etdiyi “Akkuyu Atem Elektrik Stansiyası”nda (AES) işləməyə gələn mühəndisləri gətirən minibus qəzaya uğrayıb.
“CNNtürk” kanalının verdiyi xəbərə görə, hadisə zamanı 2 mühəndis həlak olub, sürücü ilə birlikdə 11 nəfər ağır yaralanıb.
Gələn informasiyalara əsasən, Mersinin Gülnar rayonuna bağlı Böyükeyceli bölgəsində yerləşən AES-də çalışmaq üçün gələn mühəndislər Rusiyadan öncə Antalyaya gəliblər, orada isə Ömər Ö. adlı sürücünün idrə etdiyi minibusa miniblər.
Rusiya vətəndaşlarının olduğu avtomobil Mersinin Silifke rayonunun Ağdərə kəndi yaxınlığında arxadan ağır yük avtomobili ilə toqquşub. Çarpışmanın təsiri ilə minibus yük maşınının yedəyinin altına girib.
Ölən mühəndislərin Denis Petrpuk və Andrey Voronov olduğu bildirilir.
Yoldan keçən sürücülərin xəbər verməsi ilə hadisə yerinə təcili yardım maşınları, jandarmeriya və polislər cəlb olunub. Yaralıların hamısı Silifke dövlət xəstəxanasına yerləşdirilib.
Musavat.com



Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ukrayna ordusu Xersonda 46 yaşayış məntəqəsini azad etdi
"Kurtlar vadisi" bu kanalda yayımlanacaq
“ABŞ-İran münasibətləri gərginləşməkdə davam edəcək”
Bu qadının 4 həyat yoldaşı var və hamısı bir evdə yaşayır - FOTO
Defolt üçün heç bir səbəb yoxdur - Kreml
Polis ölən şəxsi görüb, onun üçün dua etdi - FOTO