Türkiyədə bələdiyyə sədrinə həbs – Əri də saxlanıldı
Türkiyənin İzmit bələdiyyəsində korrupsiya iddiaları ilə bağlı aparılan istintaq çərçivəsində bələdiyyə sədri və onun həyat yoldaşı həbs edilib.
Minval.info xəbər verir ki, İstanbul Prokurorluğunun apardığı araşdırma çərçivəsində saxlanılan Fatma Kaplan Hürriyyet və həyat yoldaşı Murat Hürriyyet barəsində həbs qətimkan tədbiri seçilib.
Məlumata görə, əməliyyat zamanı ümumilikdə 30 nəfər saxlanılıb. Onlardan 20-si məhkəmənin qərarı ilə həbs olunaraq cəzaçəkmə müəssisəsinə göndərilib, 10 nəfər barəsində isə məhkəmə nəzarəti qətimkan tədbiri tətbiq edilib.
İstintaq materiallarında bildirilir ki, bələdiyyənin keçirdiyi tenderlərdə qalib gələn və iştirak edən bəzi şirkətlərlə bələdiyyə rəhbərliyi arasında qohumluq əlaqələri müəyyən edilib. Həmçinin bələdiyyə ilə əməkdaşlıq edən şirkətlərdən “komissiya” adı altında pul alındığı iddia olunur.
Araşdırmaya əsasən, Murat Hürriyyetin tender proseslərinə, kadr təyinatlarına və ştatların müəyyənləşdirilməsinə birbaşa təsir göstərdiyi də iddialar sırasında yer alır.
Prokurorluq Fatma Kaplan Hürriyyet, Murat Hürriyyet və digər şübhəlilərə qarşı “cinayət törətmək məqsədilə təşkilat yaratmaq”, “rüşvətxorluq” və “tender prosesinə qanunsuz müdaxilə” maddələri ilə ittiham irəli sürüb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır