Türk əsgərinə xain tələ - Quranı yerdən götürmək istəyəndə şəhid oldu
Suriyada aparılan “Zeytun budağı” əməliyyatında şəhid olan türk hərbçisi Orxan Sürmənin ətrafına mina yerləşdirilən Qurani-Kərimi yerdən götürmək istəyərkən şəhid olduğu məlum olub.
Minval.İnfo xəbər verir ki, türk əsgərinin Qurani-Kərimə olan həssaslığını bilən terroristlər tərk etdikləri ərazidə Qurandan əsgərləri tələyə düşürmək üçün istifadə ediblər. Belə ki, Afrində terroristlərin Qurani-Kərimin ətrafına qoyduqları bomba türk hərbiçisi Orxan Sürməni şəhid edib. Əsgər Quran kitabını yerdən götürmək istəyərkən partlayış baş verib.
Türk Silahlı Qüvvələri mediaya verdikləri açıqlamada, ““Zeytun budağı” əməliyyatı çərçivəsində 13 mart 2018 tarixində Afrin ərazisində həyata keçirilən əməliyyat zamanı bir qəhrəman silah yoldaşımız şəhid olub. Bizləri dərin kədərə boğan bu hadisədə həyatını itirən əziz şəhidimizə Allahdan rəhmət, şəhidimizin kədərli ailəsinə, Türk Silahlı qüvvələri ilə uca türk millətinə başsağlığı və səbir diləyirik” deyilib.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır