12.08.2026 - 12:52
Ölkə 14 baxış

İçərişəhərin qala divarlarına yazı yazdılar: Qoruq İdarəsindən açıqlama

İçərişəhərin tarixi qala divarlarına bir qrup turist tərəfindən yazılar yazılaraq zərər verilib. Bu barədə şəhər sakinləri məlumat verib.

Minval.info xəbər verir ki, hadisə ilə bağlı yayılan video görüntülərdən bəzi əcnəbilərin tarixi divarlara müxtəlif yazılar həkk etdikləri görünür. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi bu neqativ halın aradan qaldırıldığını bildirib.

Qoruq İdarəsindən verilən məlumata görə, İçərişəhər mədəniyyətlərin qovuşduğu bir məkan olaraq, tarixi və müasir həyatın bir arada yaşamasını təmin etməyə çalışır. Son günlərdə divarlara yazılan xatirə yazıları müəyyən səthlərdə təmizlənə bilən və yenidən rənglənə bilən hissələrdədir və tarixi irsə fiziki zərər vermir.

Belə halların dünyanın müxtəlif şəhərlərində də müşahidə edildiyi qeyd olunur. Buna görə də, müəyyən edilmiş səthlərdə yaranan yazılara “art wall” – xatirə və ifadə divarı kimi yanaşmaq mümkündür. Lakin tarixi abidələrə və autentik memarlıq elementlərinə müdaxilə yolverilməzdir və ciddi nəzarət altındadır.

Hazırda məsələ hüquq-mühafizə orqanları və digər aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən binanın əsas yola çıxan fasad hissəsi təmizlənərək neqativ hal aradan qaldırılıb. Məqsəd həm İçərişəhərin tarixi simasını qorumaq, həm də onu gənclərin və turistlərin rahatlıqla ziyarət edə biləcəyi bir məkan kimi saxlamaqdır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: