Trüfel göbələyi: Torpağın altındakı qara almazın qiyməti niyə belə bahadır?
Trüfel göbələyi, lüks restoranların menyularında xüsusi yer tutan və dünya miqyasında böyük maraqla qarşılanan qiymətli qida məhsuludur.
Minval.info xəbər verir ki, bu göbələk “qara almaz” olaraq da tanınır və torpağın bir neçə santimetr dərinliyində yetişir. Onun tapılması üçün xüsusi təlim keçmiş itlərdən istifadə edilir.
Bəzi trüfel növlərinin kiloqramı dünya bazarında minlərlə avroya satılır. Xüsusilə nadir ağ trüfel ən bahalı göbələk növlərindən biri hesab olunur və kiloqramı minlərlə dollara çata bilir.
Fransa, İtaliya və İspaniya kimi ölkələrdə trüfel göbələyi uzun illərdir yüksək qiymətləndirilir. Türkiyənin bəzi bölgələrində də bu göbələyə rast gəlmək mümkündür və burada 20-40 qramlıq qablaşdırmalarda satışa çıxarılır. Qiymətlər növ və keyfiyyətə görə dəyişir, bəzi hallarda kiloqramı on minlərlə lirəyə qədər yüksələ bilir.
Trüfel göbələyi, vitamin, mineral və zülal baxımından zəngin olması ilə də diqqət çəkir. Onun xarici görünüşü bəzi insanlar tərəfindən adi və dəyərsiz bir göbələk kimi qəbul edilə bilər, lakin düzgün növ müəyyən edildikdə və uyğun şəraitdə bazara çıxarıldıqda yüksək iqtisadi dəyərə malik ola bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır